Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7,75% səviyyəsində saxlayıb.
Bunu cümə günü AMB-nin sədri Taleh Kazımov onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi 9,25% səviyyəsində saxlanılır.
Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin sentyabrından 2022-ci ilin martınadək ardıcıl beş iclasında uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 