Rusiya Müdafiə Nazirliyinin bu günə olan müharibə HESABATI
Rusiyanın Ukraynada əməliyyatlar aparması davam edir. Rusiya Müdafiə Nazirliyi müharibə ilə bağlı hesabatını yayıb.
-Rusiya hərbçiləri Podbortsı, Lvov, Volonets, Timkovo və Pyatikhatka dəmir yolu stansiyaları ərazilərində altı elektrik yarımstansiyasının dağıdılması barədə məlumat yayıblar. Rusiya hərbi idarəsinin məlumatına görə, xarici silah və sursat onların vasitəsilə çatdırılıb.
-Rusiya Aerokosmik Qüvvələri "Toçka-U” raket sisteminin buraxılış qurğusunu və S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün üç lokatoru məhv edib.
-Gecə saatlarında Rusiya aviasiyası 40 hərbi obyektə, o cümlədən Protopopovka kəndi yaxınlığındakı ponton keçidinə, həmçinin 4 silah-sursat anbarına hücum edib.
-Raket qoşunları Ukrayna Silahlı Qüvvələrinin iki komanda məntəqəsini, "Qrad” reaktiv yaylım atəş sisteminin batareyasını, "Qvozdika” özüyeriyən artilleriya qurğularının batareyasını və D-30 haubitsalarının batareyasını vurub.
-Həmçinin Rusiya hava hücumundan müdafiə qüvvələri Xarkov vilayətinin Aleksandrovka bölgəsində biri "Bayraktar” da daxil olmaqla 9 pilotsuz uçan aparatı məhv edib. Velikaya Kamışevaxa kəndi yaxınlığında 4 "Smerç" raketi də vurulub.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox