• $
  • £

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI
13.05.2022 12:17
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir. Bununla bağlı "Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və "Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.
Bundan əlavə, qanunun "Əsas anlayışlar” adlanan birinci maddəsinə "inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində "pedaqoji işçi” termininin "müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Təklif edilən dəyişikliklə ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:
- inteqrasiya təlimli ümumtəhsil məktəbi;
- Xüsusi ümumtəhsil məktəbi;
- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
- internat tipli lisey;
- internat tipli gimnaziya;
- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
- İnternat tipli xüsusi ümumtəhsil məktəbi;
- İnternat tipli sanator ümumtəhsil məktəbi;
- Digər məktəblər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:01
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycan ordusunda andiçmə mərasimləri keçirilib
Cəmiyyət 16:58
Azərbaycan ordusunda andiçmə mərasimləri keçirilib
Bakıda mənzildə yanğın baş verib
Cəmiyyət 13:30
Bakıda mənzildə yanğın baş verib
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı fləşmob
Cəmiyyət 13:15
Qarabağ Universitetinin tələbələrindən Heydər Əliyevlə bağlı fləşmob
Sabah 30 dərəcə isti olacaq
Cəmiyyət 12:31
Sabah 30 dərəcə isti olacaq
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
Cəmiyyət 10:24
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
Cəmiyyət 09:31
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
Ağdamda yol qəzası baş verib, 4 nəfər ölüb
Cəmiyyət 09:01
Ağdamda yol qəzası baş verib, 4 nəfər ölüb
Yevlaxda mikroavtobus aşıb, 20-yə yaxın şəxs xəsarət alıb
Cəmiyyət 08:56
Yevlaxda mikroavtobus aşıb, 20-yə yaxın şəxs xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol