• $
  • £

Sürəyya Muğanlının orijinal abstraksiyalarında fəlsəfi anlam - FOTOLAR

Sürəyya Muğanlının orijinal abstraksiyalarında fəlsəfi anlam - FOTOLAR
29.05.2020 04:58
Rüstəm QasımovElə rəssamlar var ki, onların çəkdiyi rəsmlər adamın qəlbinin dərinliklərinə toxunur, öz orijinallığı və təkrarolunmazlığı, təşkil edilmiş kompozisiyanın mürəkkəbliyi, elementlərin və süjetlərin müxtəlifliyi ilə insan şüurunu həyəcanlandırır. Belə rəsmlərə baxarkən, siz ustanın öz fırçası ilə çatdırmaq istədiyi ideyanın məğzinə varırsınız.Bu yaxınlarda açılmış "Baku Creative Center"in yaradıcılıq mərkəzində əməkdar incəsənət xadimi, Azərbaycanın Saatlı rayonunun Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürəyya Muğanlının "Muğanın rəngləri" adlı sərgisi əyani sürətdə nümayiş etdirdi ki, Azərbaycan rəssamlarının zəngin iç dünyası, fəlsəfi düşüncəsi, sonsuz fantaziyası, tükənməz idealar arsenalı və şübhəsiz, istedadı var.Qalereyanın kəndarını keçdikdən sonra rəssamın tamaşaçıların ixtiyarına verilmiş işlərinin kəmiyyətinə baxanda təəccübləndim. Rəsmlər o qədər çox idi ki, tədbirin təşkilatçıları rəsmləri münasib yerdən asmaq üçün qalereyanın hər santimetrindən istifadə edirdilər. Qrafik işlərin kifayət qədər olduğu sərgidə gördüm ki, təşkilatçılar qrafik işləri sərgi salonunun pəncərə altlarında və bütün perimetr boyu qalereyanın divarlarını bəzəyən yağlı boya ilə çəkilmiş rəsmlərin olduğu otaqlardan birində yerləşdirdilər. Kiçik otaqda 70-ci illərin parçaları üçün eskizlər təqdim edilmişdir, bu eskizlər o qədər incə idi və dolaşıq naxışların bolluğuyla fərqlənən kağızda sulu boyayla elə orijinal tərzdə yerinə yetirilmişdir ki, daha çox şəklə bənzəyirdi. Amma parçalara diqqətlə baxmaq bütün şübhələrimi qovdu. Burada "Molla Nəsrəddin"in mötivləri üzrə Azərbaycan xalq nağıllarına illüstrasiyalar seriyası təqdim edilmişdir. İşlər ifadəliyi, parlaqlığı və artıq elementlərin yoxluğuyla fərqlənirdi.Sərginin kuratoru Fərəh Ələkbərli rəssamın öz işlərində istifadə etdiyi fərqləndirici üslubunu, rəng qammasının zənginliyini, fəlsəfi istiqaməti, orijinallığı və fırça ustasının təkrarolunmazlığını qeyd etdi, məhz bunun sayəsində onun parçaları həmişə başqalarının fonunda seçilir. Əgər texnikadan danışsaq, Sürəyya xanımın yağlı boya ilə çəkdiyi rəsmlər özünəməxsusdur.Ekspozisiyada öz reallığıyla fərqlənən və milli Azərbaycan koloritləri üslubunda yerinə yetirilmişlər natürmortlar həqiqi təsir bağışlayırdı, burada narlar, mis qab-qacağı, müxtəlif badələr, zərxara və bir çox başqa şeylər əksini tapmışdır.Amma məndə ən çox insan emosiyaları, həyəcanlar, əhval-ruhiyyələr, müharibələr, münaqişələr, soyqırımlar da daxil olmaqla dünyada baş verən hadisələrin əks edilməsi böyük təəssüratlar buraxdı.Fəlsəfə düşüncələr və dərin məna Sürəyya Muğanlının hər işində hiss olunurdu. Mən dayandım və uzun müddət xoşuma gəlmiş işlərə baxdım və rəssamın bu və ya digər abstraksiya vasitəsilə nəyi göstərmək istəməsini anlamağa çalışdım. Sənətşünas və sərgi kuratoru Fərəh Ələkbərli bu işdə mənə kömək edirdi, çünki rəssamın və ya mütəxəssisin izahatı olmadan şəkillərin məğzini anlamaq çətin məsələdir.Diqqətimi çəkən əsərdə, insanın doğuluş anından ölüm anına qədər olan həyat yolu göstərilirdi. Rəssam iki kiçik nöqtə təsvir edir, bundan körpə yaranır. Sonra o, dünyaya gəlir və təmizliyi ilə saflığı vəhdət təşkil edir. Sonra özüylə ağır yük daşıyaraq uzun və mürəkkəb tikanlı həyatda bir çox sınaqlardan keçməli olur. Burada insanın başqa dünyaya keçməli olduğu yol təsvir edilmişdir. İnsanın özünün yaratdığı maneələr, fəlakətlər və müharibələr vasitəsilə keçən bu yola baxaraq, o, qanlı göz yaşlarıyla ağlamağa başlayır, yenidən uşaq paklığına qayıtmaq istəyir və o biri dünyaya da məhz belə paklıqla getmək, saf günəş şüaları ilə yenidən qayıtmaq istəyir.1918-ci il martın 31-də Azərbaycan xalqının soyqırımıyla bağlı rəsm çox maraqlı idi, bu rəsmdə boynu və əlləri qandallanmış hamilə qadın təsvir edilmişdir. Rəssam bu üsulla, nə qocaya, nə uşağa, nə də qadına rəhm edən erməni təcavüzkarlarının vəhşiliklərini göstərməyə çalışdı.  Digər rəsmində Sürəyya Muğanlı xeyirlə şərin mübarizəsini təsvir etməyə çalışmışdı. Başqa parçasında şərlə xeyirin mübarizəsini təsvir etməyə çalışmışdı. Bu rəsmdə mehribanlıqla assosiasiya edilən ağ fiqur arxadan qara şərlə sarılır və onların arasında əbədi mübarizə başlanır. Rəssamın fəlsəfi baxışına görə, nə olursa olsun, xeyir hər zaman şər üzərində qələbə çalacaq.Son olaraq qeyd edək ki, sərgi aprelin 25-dək davam edəcək. Ona görə də "Baku Creative Center" baş çəkməyə vaxt tapmayanlar tələsməyə dəyər. Axı incəsənət haqqında çox danışmaq olar, amma onu canlı olaraq seyr etmək tamam başqa aləmdir.ANN.Az xəbər portalı paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və Saatlıdan olan Azərbaycan rəssamı Sürəyya Muğanlının əl işlərini təqdim edir.  ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO
Mədəniyyət 14:27
Dünya Çempionatının həyəcanını izləmək üçün möhtəşəm məkan:Antiphellos Qədim Teatrı – VİDEO

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Mədəniyyət 10:55
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
Mədəniyyət 10:53
Türkiyənin “Gecə Muzeyləri” layihəsi üçüncü mövsümə başlayıb: Turistlər gecələr də muzeylərə daxil ola biləcək -FOTOLAR
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Mədəniyyət 04:16
CALL IT Tbilisidə keçiriləcək Meteor Club səhnəsində çıxış edəcək
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Mədəniyyət 11:18
Kitabxanalar cəmiyyətin tələbatının cəmi 35 faizini qarşılayır - nazir
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Mədəniyyət 10:51
Velosipedlə Türkiyəni kəşf edin:Bu marşrutlar sizi gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol