• $
  • £

İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü başladı - YENİLƏNDİ

İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü başladı - YENİLƏNDİ
22.05.2022 20:46
 Mayın 22-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü olub.


AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlət başçısı İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.


Görüşdə Prezident İlham Əliyev Şarl Mişelin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.


Bu formatda Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə üçüncü dəfədir ki, görüşün keçirildiyini qeyd edən dövlətimizin başçısı bu görüşün təşkilinə görə Şarl Mişelə təşəkkürünü bildirdi.


Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğuladı.


Dövlətimizin başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.


Prezident İlham Əliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bir daha qeyd etdi.


Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğuladı.


Dövlət başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd etdi.


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa İttifaqının Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək vermək əzmini bir daha ifadə etdi, vasitəçilik səylərini davam etdirəcəyini bildirdi və bu formatda keçirilmiş əvvəlki görüşlərin əhəmiyyətinə toxundu. Şarl Mişel Brüsseldə bu formatda görüşdə iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
 
 -----------------
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə bu gün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

 İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü başlayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Siyasət 20:50
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Siyasət 20:11
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Siyasət 19:54
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Siyasət 17:25
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
Siyasət 16:50
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Siyasət 16:30
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Явление Моджтабы народу - Oбновлено
Siyasət 15:23
Явление Моджтабы народу - Oбновлено
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Siyasət 15:05
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol