Starbucks Rusiya bazarını tərk edir

Dünyanın ən böyük qəhvəxanalar şəbəkəsinin amerikalı sahibi Starbucks Rusiya bazarından çəkilmə qərarını açıqlayıb Bu barədə şirkətin press-relizində deyilir.
Korporasiya artıq Rusiya bazarında təmsil olunmayacaq, lakin altı aylıq ödənişlər və işlə təmin olunma yardımı da daxil olmaqla, Rusiyada iki min işçiyə dəstək göstərməyə davam edəcək.
Bundan əvvəl xəbər verilmişdi ki, Starbucks Rusiya hüquqi şəxs olan "Coffee Sirena”nı ləğv etməyi, həmçinin Rusiya Federasiyasındakı qəhvə şəbəkəsinin işçilərini ixtisar etməyi planlaşdırır.
Mart ayında Starbucks Rusiyadakı qəhvəxanalarını bağladığını elan etdi. Daha sonra şirkət Rusiyaya xammal tədarükünü və onun qəhvəxanalarının işini dayandırıb.
Mayın 19-da məlum olub ki, martın 14-də Rusiyada fəaliyyətini rəsmən dayandıran McDonald's Rusiyadakı biznesini hazırkı lisenziya sahibi sibirli iş adamı Aleksandr Qovora satacaq. McDonald's-ın Rusiyadakı baş direktoru Oleq Paroyev bildirib ki, korporativ sarı "M" hərfi şəbəkənin restoranlarının fəaliyyət göstərəcəyi brenddə qalmayacaq.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər