İranın neft nazirinin Azərbaycana səfərindən GÖZLƏNTİLƏR
İranın neft naziri Cavad Ovcinin iyunun 2-3-də Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir.
Mütəxəssislər, bu səfərlə bağlı iki ölkə arasında hər hansı müqavilənin bağlanmasının gözlənilmədiyini bildirir.
İqtisadçı-ekspert İhlam Şabanın sözlərinə görə, ölkələr arasında yeni müqavilələrin imzalanması üçün, əvvəlcə İrana tədbiq edilən sanksiyalar götürülməlidir.
"Mən bu səfərlə bağlı hansısa müqavilənin imzalanacağını gözləmirəm. Çünki real olaraq, bu mümkün deyil. Azərbaycanın İranla yalnız qonşuluq və humanitar əlaqələri var. Yəni, Azərbaycan tərəfi bunu dəfələrlə qeyd edib", – o bildirib.
Şabanın fikrincə, Azərbaycanın İran ilə qonşuluq və humanitar müstəvidə saxladığı münasibətləri, onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə xələl gətirə bilməz.
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, səfər zamanı iki ölkə arasında yanacaq-energetika sahəsi ilə bağlı müəyyən razılaşmalar əldə oluna bilər.
"Azərbaycanın İran ilə olan iqtisadi əməkdaşlıq münasibətləri əsasən Naxçıvan vasitəsilə həyata keçirilir. Bu əməkdaşlıqlar tək İran üçün yox, həm də Azərbaycan tərəfi üçün də maraqlıdır. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı layihədə, İran Erməsintanla Azərbaycan arasında vasitəçi ola bilər”, – o qeyd edib.
www.anews.az

İranın neft naziri Cavad Ovci, sonuncu dəfə Azərbaycan rəsmilərindən baş nazirin müavini Şahin Mustafayevlə 2021-ci il noyabrın 21-də görüşüb.
Cavad Ovci 1980-ci ildən etibarən, neft sahəsi ilə bağlı bir çox dövlət idarələrində çalışıb. O, 2009-2013-cü illərdə Mahmud Əhmədinejadın prezidentliyi dövründə neft nazirinin müavini və "İran Milli Qaz Şirkəti"nin rəhbəri olub.
Ovci neftlə bağlı müxtəlif vəzifələrdə, o cümlədən hasilat və qaz emalı zavodlarına nəzarət şurasının sədri və "Petro Mofid Oil and Gas Development Holding"in sədr müavini vəzifələrində çalışıb.
Ovci 25 avqust 2021-ci ildə prezident İbrahim Rəisi tərəfindən neft naziri vəzifəsinə təyin edilib.
Cavanşir Qasımov
www.anews.az