Sərhədi keçən erməni əsgər Ermənistana təhvil veriləcək
Aprelin 23-də Zəngilan ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan erməni əsgər Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.
Bildirilib ki, erməni əsgərinin təhvil verilməsi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq:
Yüksək ehtimalla erməni əsgərin təhvil verilməsi İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında keçirilən son Brüssel görüşünün nəticəsidir.
www.anews.az
Bu barədə "Caliber” məlumat yayıb.
"Araşdırma nəticəsində Azərbaycan tərəfi müəyyən edib ki, Martirosov diversant deyil, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və ərazidə oriyentasiyasını itirməsi nəticəsində Azərbaycan sərhədini keçib”.
www.anews.az