• $
  • £

Heydər Əliyevin Rəsulzadəyə heykəl qoymaqla bağlı sərəncamı niyə yerinə yetirilmir? - VİDEO

Heydər Əliyevin Rəsulzadəyə heykəl qoymaqla bağlı sərəncamı niyə yerinə yetirilmir? - VİDEO
28.05.2022 15:20
 Azərbaycanda  Müstəqillik günü qeyd edilir. Belə ki, 1918-ci il mayın 28-də tarixçilər tərəfindən Azərbaycan Demokratik Respublikasının banisi hesab edilən Məmmədəmin Rəsulzadə və onun silahdaşları Azərbaycan Respublikasının müstəqilliyini elan ediblər. Amma Bakıda bu müstəqil dövlətin 1920-ci ildə süqutuna bais olan bir qism şəxslərin heykəlləri Bakıda hələ də dursa da Məmmədəmin Rəsulzadə və onun yaxın silahdaşları Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov, Əlimərdan bəy Topçubaşov kimi ictimai-siyasi xadinlərin hələ də Bakıda heykəli yoxdur. 
 
Azərbaycan Respublikası Nazirlər Kabineti Məmmədəmin Rəsulzadənin Bakıda abidəsinin ucaldılması barədə 1992-ci il yanvarın 13-də qərar qəbul edib. Qərarın  icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı şənər İcra hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Ömər Eldarov  heykəli hazırlamağa başlayıb. 

Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyevin Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı verdiyi sərəncamda ona Bakıda heykəl qoyulması, əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib.

Rəsulzadənin Bakıdakı Kukla teatrı ilə üzbəüz bağda quraşdırılmalı olan heykəlinin yeri hələ də boşdur. 

 

 
Rafiq Şahbazov
Ləman Qasımova
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol