• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Elektromobil sürüb puluma qənaət edə bilərəm?

Elektromobil sürüb puluma qənaət edə bilərəm?
20.06.2022 11:44
Dünyada yanacağın qiymətinin artması elektrikli avtomobillər keçidi sürətləndirir.

BBC-nin araşdırmasına görə, Böyük Britaniyada təxminən yarım milyon elektrik avtomobili var və elektrikli avtomobillərə maraq getdikcə daha çox artır.
Hətta Böyük Britaniyada hökumət 2030-cu ildən sonra yeni neft və dizel avtomobillərinin satışını qadağan etməyə hazırlaşır.

Elektrik avtomobili enerji ilə təmin etmək neçəyə başa gəlir?

Araşdırmaya görə, hazırda 47 litrlik ailə avtomobili hesab edilən "hatchback” in çənini benzinlə doldurmaq  təxminən 85  funt-sterlinqə (təxminən 177 AZN), dizel üçün isə 88 (təxminən 183 AZN) funt-sterlinqə başa gəlir. Evdə şarj etmək  isə təxminən 41 funt-sterlinqdir (təxminən 86 AZN).
Enerji Saving Trust portalının məlumatına görə,  evdə 70 faiz, ictimai yerlərdə olan cihazlarda isə  30 faiz sürücü elektrik avtomobillərini şarj edir.
İctimai yerlərdə olan şarj xərcləri dəyişə bilir, lakin bu hibrid yanaşma 48 funt-sterlinqə başa gələ bilir, bu da ənənəvi yanacaqdan xeyli ucuzdur.

Elektrikli avtomobilləri almaq neçəyə başa gəlir?

Elektrikli avtomobillərlə ənənəvi avtomobillər arasında qiymət fərqi getdikcə azalır və bu fərqin bir müddət öncə ümumiyyətlə sıfıra enəcəyi gözlənilir.
Ancaq hələlik adi  yeni elektrik avtomobil eyni funksiyalara sahib benzin və ya dizel  ilə çalışan modeldən daha bahalıdır. Bu rəqəm  £23,000 (47 min AZN)  ilə 43,000  (89,368 AZN) funt sterlinq arasında dəyişir.

Araşdırmaya görə,  daha ucuz ikinci əl elektrikli avtomobillər getdikcə daha çox tərcih edilir.  BBC 8000 funt sterlinq ilə 21 000 funt sterlinq arasında olan bir neçə işlənmiş 5 nəfərlik elektrikli "hatchback” modeli tapa bilib.
Leasing.com-a görə, 2021-ci ildə elektrikli avtomobillərə tələbat dizel və ya benzinlə işləyən avtomobillərdən daha çox olub.

Bəs digər xərclər?

Bu ölkədə elektrikli avtomobilinizin modelindən və ilindın asılı olaraq,  avtomobil vergisində güzəşt əldə edə bilər və ya ümumiyyətlə vergidən azad ola bilərsiniz.
Londonda bəzi bələdiyyələr sakinlərin elektrikli avtomobillər üçün parkinq haqlarından imtina edirlər.
Elektrikli avtomobillər adətən benzin və ya dizellə işləyən avtomobillərə nisbətən daha az texniki xidmət tələb edir. Lakin elektrikli avtomobillər 3 ildən sonra Nəqliyyat Nazirliyinin "MOT” testindən keçməlidir. Qısaca "MOT” kimi qeyd edilən test avtomobilin yol təhlükəsizliyi və ətraf mühit standartlarına uyğunluğunu yoxlayır.

Elektrikli avtomobilləri enerji ilə doldurmaq nə qədər vaxt aparır?

Bu, şarj cihazının modelindən və sürətindən asılıdır. Evlərdə tapılması mümkün olan  zəif bir  şarj cihazıyla 6-12 saat, sürətli şarj cihazı ilə isə 20-40 dəqiqə arası enerji doldurmaq mümkündür.

Elektrikli avtomobilimi harada enerji ilə doldura bilərəm?

Böyük Britaniyada hazırda 30 min 373 ictimai şarj cihazı mövcuddur, lakin onlar müxtəlif sürətlərdə işləyir və ölkə üzrə qeyri-bərabər paylanır. Londonda digər regionalara nisbədən bu say iki dəfə çoxdur, hər 824 nəfərə bir şarj cihazı, Uelsdə isə 2696 nəfərə bir şarj cihazı var.
Elektrik enerjisi doldurma şirkəti "Virta”ya görə, Böyük Britaniya istənilən Avropa ölkəsindən daha sürətli şarj cihazlarına malikdir.
Lakin Motor İstehsalçıları və Tacirləri Cəmiyyətinə (SMMT) görə, ictimai şarj cihazları həmişə kifayət qədər etibarlı və ya əlçatan olmur.
Hökumətin bu yaxınlarda qəbul etdiyi "Elektrikli Avtomobil İnfrastruktur Strategiyası”da operatorların bu problemləri həll edəcəyi bildirilir.
Strategiyanın bir hissəsi olaraq, hökumət 2030-cu ilə qədər şarj cihazlarının sayını on dəfə artırmağı planlaşdırır. Məlumata görə, hazırda ayda cəmi 800 yeni şarj cihazı quraşdırılır. Bu hədəfə çatmaq üçün 2500-ə qədər artırılmalıdır.

Tam enerji doldurmaqla neçə mil gedə bilərsiniz?

Orta hesablamaya görə,  Böyük Britaniyada ən çox satılan 5 elektrikli avtomobil tam enerji toplayanda 200 mildən çox məsafə qət edə bilir.
 
Bu, Bristoldan Lidsə və ya Londondan Suonsiyə səyahətlə eynidir.
Nissan və Tesla kimi markalar öz akkumulyatorlarına 8  ilə və ya 100.000 milə qədər zəmanət verirlər.

Fərqli doldurma kabelləri hansılardır?

Benzin və dizel yanacağının çatdırılması üçün istifadə edilən standart yanacaq ucluqlarından fərqli olaraq, elektrikli avtomobillər üçün beş müxtəlif kabel növü mövcuddur.

İngiltərədə daha çox 2 növ enerji ucluq məşhurdur.
Yeni elektrikli avtomobil modellərində sürətli şarj cihazından istifadə etmək üçün əlavə konnektor var.
Sürücülər həmçinin 550 funt sterlinq ilə 1100 funt sterlinq arasında olan xüsusi ev doldurma qurğusuna ehtiyac duyurlar.
 
Avropa İttifaqı da 2035-ci ildən yalnız elektrikli avtomobilləri qeydiyyata almağı planlaşdırır. Bu təkliflərin həm Avropa Parlamentində, həm də Avropa İttifaqı Şurasında təsdiqlənməsi gözlənilir. Yəni 13 ildən sonra karbon qazı buraxan avtomobillərin istifadəsinə icazə verilməyəcək. 

Ekspertlər hesab edir ki, elektromobillər ənənəvi daxiliyanma mühərrikli avtomobillərin ekoloji təmiz və yanacaq cəhətdən daha sərfəli alternativləridir. Ona görə Azərbaycanın bu avtomobillərin təbliğinə və tətbiqinə keçidini sürətləndirən addımların atılmasını doğru hesab edirlər.

Statistikaya əsasən, Azərbaycanın elektrik avtomobil parkı hazırda ümumi nəqliyyat sayının cəmi 3%-ni təşkil edir. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilə bazarda elektrokarların payı artıq 15-20% təşkil edəcək.

2022-ci ildən Azərbaycana elektromobillərin idxalı əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, daxili bazarda da elektromobil satışları ƏDV-dən azad edilib.

İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa,  bu avtomobillərin idxal rüsumundan da azad edilməsi gözlənilir.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri üçün 33 elektromobil enerji doldurma məntəqəsi var. Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir. Bu məntəqələrdən 2-si Gəncədə, digərləri isə Quba, Kürdəmir və başqa regionlarda mövcuddur. Yerləşdirilən enerji doldurma məntəqələrinin ara məsafəsi 25 km-dir.
 
Məltəm Şahbazova 
 
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
Cəmiyyət 13:13
Ötən il Azərbaycanda bağlanan və yeni açılan iş yerlərin sayı açıqlanıb
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
Cəmiyyət 16:58
"Azərişıq" Qarabağı 100% işıqla təmin edib - REPORTAJ
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Cəmiyyət 15:23
11 ayda qeyri-neft ixracının dəyəri açıqlanıb
Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi
Cəmiyyət 16:19
Kənd məhsullarının dəyəri 1,2% artıb - Rəsmi
Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb
Cəmiyyət 13:23
Yanvarda 2,5 milyard manatlıq ərzaq satılıb
Bəzi bank kartlarında yaranan problem nə ilə bağlıdır? - Şərh
Cəmiyyət 12:19
Bəzi bank kartlarında yaranan problem nə ilə bağlıdır? - Şərh
Son 4 ildə büdcə proqnozları özünü doğrultmur - Vüqar Bayramov
Cəmiyyət 12:11
Son 4 ildə büdcə proqnozları özünü doğrultmur - Vüqar Bayramov
Yoxsulluğun  səviyyəsi 0,5% azalıb -  Bir qism bunu doğru, bir qism isə yalan adlandırır/TƏHLİL
Cəmiyyət 17:59
Yoxsulluğun səviyyəsi 0,5% azalıb - Bir qism bunu doğru, bir qism isə yalan adlandırır/TƏHLİL
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunur - Yenilənib
Cəmiyyət 12:45
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunur - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol