• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır

Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
24.06.2022 12:14
Vergi Məcəlləsində Kiçik və Orta Biznes klaster şirkətləri və onların iştirakçıları üçün bir sıra vergi güzəştləri barədə hüquqi bazası hazırlanır. Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov  Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda deyib.

 Vergi Məcəlləsindəki güzəştlərin tətbiqi üçün normativ-hüquqi bazanın tamamlanması istiqamətində işlər aparılır", - o deyib. 
 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində "KOB klaster şirkəti” və "KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "KOB klaster şirkəti”nin və "KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.
 
Klasterlər -eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq imkanlarına malik olan sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.

KOB klaster şirkəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxsdir.

KOB klasteri şirkətinin iştirakçısı  KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxsdir.

Ləman Qasımova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Prezident: “Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”
İqtisadiyyat 09:52
Prezident: “Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir”
Böhran “Gəlinlik” biznesini də çökdürdü – REPORTAJ
İqtisadiyyat 09:37
Böhran “Gəlinlik” biznesini də çökdürdü – REPORTAJ
Dövlət büdcəsinə yenidən baxılacaq - AÇIQLAMALAR
İqtisadiyyat 07:09
Dövlət büdcəsinə yenidən baxılacaq - AÇIQLAMALAR
İşığın qiyməti qalxdı
İqtisadiyyat 00:31
İşığın qiyməti qalxdı
“Bəzi deputatlar öz alıcılıq qabiliyyətləri ilə sadə vətəndaşların xərclərinin eyni səviyyədə ölçürlər” - AÇIQLAMALAR
İqtisadiyyat 20:56
“Bəzi deputatlar öz alıcılıq qabiliyyətləri ilə sadə vətəndaşların xərclərinin eyni səviyyədə ölçürlər” - AÇIQLAMALAR
Dollar, pokemonlar, ərəblər, əlamətlər və konsepsiyalar haqqında – TƏHLİL
İqtisadiyyat 14:20
Dollar, pokemonlar, ərəblər, əlamətlər və konsepsiyalar haqqında – TƏHLİL
Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır
İqtisadiyyat 23:52
Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır
Azərbaycanda qızılın qiyməti bahalaşacaq - EKSPERT
İqtisadiyyat 13:28
Azərbaycanda qızılın qiyməti bahalaşacaq - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol