• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət büdcəsinə yenidən baxılacaq - AÇIQLAMALAR

Dövlət büdcəsinə yenidən baxılacaq - AÇIQLAMALAR
29.05.2020 07:09
"Neftin qiyməti bu səviyyədə qalsa, yaxud aşağı düşsə, dövlət büdcəsinə baxılacaq” – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov ANN.Az-a açıqlamasında belə deyib.
 
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabineti yanında 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. İclasda ilin 9 ayının sosial-iqtisadi yekunları, neftin qiymətinin kəskin düşməsi, əmək haqqlarına və pensiyalara yenidən baxılması və digər məsələlər müzakirə edilib.
 
 
 
Vahid Əhmədov 

İclasda səsləndirilən fikirləri şərh edən deputat Vahid Əhmədov 2016-cı ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan hesablandığını xatırladıb: "Hazırda 31 dollardır və qiymət enməyə doğru gedir. Bu hal dövlət büdcəsinə yenidən baxmağı məcbur edir. Prezidentin  Nazirlər Kabineti yanında keçirdiyi iclasda bu məsələ müzakirə olundu. Əmək haqlarının, pensiyaların artırılılb-artırılmaması məsələləri də dövlət büdcəsi ilə bağlıdır. Adətən, hər il dövlət büdcəsinə may ayında təkrar baxılır. Əgər bu müddətdən əvvəl lazım bilinərsə, qanuna dəyişikliklər edib büdcəyə baxılacaq. Fikrimcə, devalvasiyadan sonra insanların sosial durumunu nəzərə alınmalı, ən azından maaş və pensiyaların artırılmasına görə büdcəyə baxılmalıdır”. 

Deputat maliyyə naziri Samir Şərifovun 4 illik qənaət rejiminə keçilməsi təklifini şərh edib. Onun sözlərinə görə, əslində ciddi qənaət rejiminə çoxdan keçmək lazım idi: "Dəfələrlə təklif etmişik ki, "Maliyyə nəzarəti” haqda qanun layihəsi qəbul edilsin. Ölkə başçısı da Nazirlər Kabinetinin iclasında bildirdi ki, ciddi nəzarət mexanizmi olmalıdır, hətta ictimai nəzarəti gücləndirmək lazımdır. Qənaət edərkən ilk növbədə rayonlara verilən dotasiyanın məbləğinə baxılmalıdır. Çalışmaq lazımdır ki, rayonlarda onlar özlərini maksimum səviyyədə təmin etmək imkanına malik olsunlar. Ümumiyyətlə, dövlət büdcəsindən ayrılan xərclərə nəzarəti çox gücləndirmək lazımdır. İstər Hesablama Palatası, istər Maliyyə Nazirliyinin müvafiq qurumları bu sahəyə nəzarəti gücləndirməlidirlər ki, ayrılan vəsait hara ayrılıbsa, o sahəyə də xərclənsin”. 

Vahid Əhmədov bu ilin büdcə gəlirlərinin də aşağı düşəcəyini vurğulayıb: "2015-ci ildə gəlirlər 21 milyard manat idisə, 2016-ci ildə 14,3 milyard manat olacağı proqnozlaşdırılır. Neftin qiyməti ilə əlaqədar gəlirlərdə kəskin azalma var. Dövlət Neft Fondundan 2015-ci ildə 10-11 milyard manat dövlət büdcəsinə transfer edilib. 2016-cı ildə isə bu transferin məbləği 6 milyard manat proqnozlaşdırılıb”.

İqtisadçı ekspert Oqtay Haqverdiyev də büdcəyə yenidən baxılmasını vacib sayıb: "Rəsmilər bu ilin birinci rübünü gözlədikdən sonra dövlət büdcəsinə mütləq baxmalıdırlar. Daha sonra tendensiyaların vəziyyət müşahidə edilməlidir ki, proseslər hansı istiqamətə doğru gedir”. 
 
 
Oqtay Haqverdiyev 

O.Haqverdiyev 2016-cı ilin xərclərinin də aşağı düşəcəyini vurğulayıb: "İqtisadi vəziyyət daha da pisləşərsə, 2016-cı ilin gəlirləri təxminən 20 faiz aşağı düşəcək. Büdcənin 70 faizi neft və qazın hesabına formalaşır. 2016-ci ilin dövlət büdcəsini 50 dollardan hesablanıb, amma  hazırda neftin qiyməti 31 dollardır. Xərclər nə qədərdirsə, gəlirlər də bir o qədər azalacaq”. 

Müsahibimiz 4 illik ciddi qənaət rejimi proqramının hazırlanması təklifini belə şərh edib: "Maliyyə naziri Samir Şərifov başqa cür açıqlama verə bilməz. 4 illik ciddi qənaət rejiminə keçidin əsas mahiyyəti dövlət xərclərinin azaldılması, idarəetmənin formalaşdırılması, bəzi nazirliklərin ləğv edilməsindən ibarətdir. Bu qədər kiçik bir ölkədə bu qədər nazirlik nəyə lazımdır? 20-dən çox nazirliyimiz var. İnkişaf etmiş İngilərə kimi dövlətin 12 nazirliyi var. İdarəetmədə bir-birinin işini görə biləcək nazirliklər var. Bunların hamısı artıq xərclərdir. İxtisarlar da məhz bu istiqamətdə aparılmalıdır. Xüsusilə məmurların sayına mütləq baxılmalıdır”. 

Orxan Aslanlı
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol