Onun yaxşı niyyəti yoxdur - Ərdoğandan mesaj
Yunanıstanın Baş nazirinin yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra jurnalistlərin Yunanıstan ilə münasibət barədə sualına cavab olaraq deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində görüşləri başa çatıb. Təyyarədə jurnalistlərlə görüşən Prezident Ərdoğan gündəmlə bağlı sualları cavablayıb.
"Bir müddətdir ki, Yunanıstanla münasibətlərdə gərgin dövr davam edir. Siz də çox açıq açıqlamalar verdiniz və ən əsas məsələ artıq adaların silahlandırılması məsələsini bildirdiniz. Sizcə, bu məqamdakı mesajlarınız Yunanıstan tərəfindən kifayət qədər başa düşülürmü? Abdülhəmid Han gəmimiz son donanmaya qatıldı. Şərqi Aralıq dənizində xüsusilə Kipr sahillərində qazma işləri aparacaqmı?", - jurnalist soruşub.

Ərdoğan deyib ki, Yunanıstanın başında duran şəxsin münasibəti artıq müəyyənləşib.
"NATO zirvəsində bütün liderlərin "Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə "Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik", - o dedi.
Türkiyənin dövlət başçısı vurğulayıb ki, Yunanıstanın hazırda adaları necə silahlandırdıqları göz qabağındadır.
Türkiyənin dövlət başçısı vurğulayıb ki, Yunanıstanın hazırda adaları necə silahlandırdıqları göz qabağındadır.
"Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə birləşəcək olan hava məkanımızı pozaraq bizi təxribat edəcəkmi?
Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bütün bunları o etdiyi üçün, üzrlü saysın, biz bu il Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirə bilmərik və keçirməyəcəyik. O artıq indi Türkiyədəki prosesləri gözləməlidir. Qoy özünə çəki-düzən versin. Özünü yığışdırmayandan sonra bir araya gəlməyimiz mümkün deyil", - o əlavə etdi.
İyunun 29-da İspaniyanın paytaxtı Madriddə NATO sammiti öz işinə başlayıb. Sammitdə alyansa üzv olan 30 ölkənin liderləri iştirak edib.
Ləman Qasımova
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox