• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşdü-FOTOLAR

İcra Hakimiyyətinin başçısı ərazidə sakinlərlə görüşdü-FOTOLAR
01.07.2022 14:58
Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbul rayonun Yeni Yasamal yaşayış massivində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Öncə bir qrup sakin öncəki qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə görə Yasamal Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdilər.

Səyyar qəbulda çıxış edən Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, bu görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur. İcra başçısı vurğuladı ki, səyyar qəbulun məqsədi bilavasitə vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və çevik şəkildə həllinə nail olmaqdır.
 
Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri  də iştirak ediblər. Qəbulda iştirak edən  Yasamal rayonu sakinləri növbə ilə söz alaraq onları narahat edən əsas problemlər barədə fikirlərini bildirdilər. Söz alan vətəndaşlar dövlət ehtiyacları üçün Sovetski ərazisində torpaqların alqı-satqısı, marşrut xəttləri problemi, pilot layihələrin icrasının uzanması, yaşayış binalarının təmiri, su təchizatı, yaşıllıqlara qulluq, məişət tullantıları konteynerlərinin yerdəyişməsi və bir sıra sosial məsələlər qaldırdılar.Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərin müraciət və təklifləri ilə bağlı rayonunun  təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verdi.Digər məsələlər nəzarətə götürüldü və növbəti qəbullarda onların həlli müddəti bir daha nəzərdən keçiriləcək.
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol