• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənova bağlı olan 2 şirkət ləğv olunur – Rəsmi

Əli Həsənova bağlı olan 2 şirkət ləğv olunur – Rəsmi
05.07.2022 13:00
"İntellekt” Firması (VÖEN- 1700049481) və "Azadinform Müstəqil İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Törəmə Cəmiyyəti (VÖEN- 1700115961) ləğv olunduqlarını elan ediblər. Hər iki şirkətin qeydiyyatda olduğu Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir. 

"Azadinform Müstəqil İnformasiya Agentliyi” 15.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. 210 manat nizamnamə kapitalı olan "Azadinform”un qanuni təmsilçisi Həsənov İbrahim Nurəddin oğludur.

"İntellekt" Firması isə 02.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan firmanın qanuni təmsilçisi Əvəzov Anar Xudayat oğludur. Daha əvvəl bu şirkətin direktoru əvvəllər Əli Həsənova bağlı olan digər şirkətlərə də rəhbərlik etmiş Hacıyev Asəf Adil oğlu olub. Asəf Hacıyev vaxtı ilə "Xəzər TV”-nin də təsisçisi və prezidenti olub, həmçinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri vəzifəsində çalışıb. 

Məlumat üçün bildirək ki, bir həftə əvvəl – 28.06.2022-ci il tarixində "Azadinform”un nizamnamə kapitalının azaldılması ilə bağlı da elan verilib. 

Bir neçə həftə əvvəl Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan "ATOM QİDA" MMC (VÖEN -1701554201) və "DULCE Nutrition" MMC (VÖEN -–702132271) ləğv olunduqlarını açıqlayıblar. Əvvəllər "ATOM QİDA" MMC-yə Əli Həsnovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib. 

Ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən "Bakı 24” MMC, "Kaspi AZ” MMC, "Mətbuat Evi” MMC, "Golden Prince” MMC, "Global Advertisment” MMC və "Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib. (yeniavaz)
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol