• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyətinin başçısı və millət vəkili sakinləri qəbul etdilər

İcra Hakimiyyətinin başçısı və millət vəkili sakinləri qəbul etdilər
11.07.2022 21:32
Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər. Qəbul Yasamal rayonunun 52 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.

Səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon  İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, sakinlərlə görüş Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir.Bildirildi ki, səyyar qəbulun məqsədi birbaşa vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və qısa müddətə həllinə nail olmaqdır. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə  təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri  də iştirak ediblər. Qəbulda iştirak edən  Yasamal rayonu sakinləri sənədsiz evlər, tikinti normaları, yaşıllıqların mütəmadi sulanması, qəzalı evlər, küçələrin işıqlandırılması, sərnişin marşrut xəttləri və bir sıra sosial məsələlər qaldırdılar.Görüşdə bir qrup sakin əvvəlki qəbulda qaldırdıqları kommunal xarakterli problemlərin həll edilməsinə görə Yasamal RİH rəhbərliyinə təşəkkürünü bildirdilər.İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinlərin bir sıra müraciət və təklifləri ilə bağlı rayonunun  təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə tapşırıqlar verdi.Daha sonra söz alan millət vəkili Ülvi Quliyev sakinləri narahat edən bəzi məsələlərə dair ətraflı məlumat verdi.Millət vəkili bildirdi ki, Yasamal sakinlərini narahat edən problemlər barədə müvafiq qurum və idarələr qarşısında məsələlər qaldıracaq.Yasamal rayonunda icra və qanunverici hakimiyyət nümayəndələrinin yerli sakinlərlə görüşləri davam edir.
 

















 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol