• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerçay” “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışını dəstəklədi

“Azerçay” “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışını dəstəklədi
13.07.2022 12:17
Hər zaman ölkəmizi yerli və beynəlxalq yüksək səviyyədə təmsil edən "Azerçay” Şuşa ili çərçivəsində "Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışını dəstəklədi. Şuşada bayram ab-havasında keçirilən ilk idman yarışının dəstəkçisi olan "Azerçay” idmançılar, yerli və xarici qonaqlar üçün çay təminatını həyata keçirdi. Bununla yanaşı yarış iştirakçılarına və qonaqlara "Azerçay”dan xüsusi hədiyyələr təqdim edildi.

9-10 iyul tarixində Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda 8 ölkəni təmsil edən 13 komandadan ibarət 75 idmançı qatılıb. Türkiyənin "Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının üzvü Elçin Əsədov qızıl, Özbəkistanın "Toşkent City” klubun üzvü Akromjon Sunnatov gümüş, Monqolustan komandasının üzvü İderbold Bold isə bürünc medal qazanıb. 

İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, AVF-nin vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol