• $
  • £

Azərbaycanlı biznesmen rusiyalı müğənniyə sui-qəsddə ittiham olundu

Azərbaycanlı biznesmen rusiyalı müğənniyə sui-qəsddə ittiham olundu
29.07.2022 13:39
Rusiyanın İstintaq Komitəsi azərbaycanlı biznesmen Telman İsmayılova qarşı müğənni Avraam Russonun qətlinin sifarişi ilə bağlı ittiham irəli sürüb. Bu barədə Rusiya KİV yazıb.

Telman İsmayılova qarşı ittiham qiyabi olaraq irəli sürülüb.

Məlumata görə, 2006-cı il avqustun 19-u Avraam Russo konsertdən evinə geri dönərkən onun avtomobili atəşə tutulub. Rusiyalı müğənni hadisə nəticəsində üç güllə yarası alıb.

Hazırda istintaq hadisənin keçmiş taksi sürücüsü Vitaliy Djura və daşınmaz əmlak agentliyinin rəhbəri Aleksey Tryasnikov tərəfindən törədildiyini hesab edir. Telman İsmayılov isə sözügedən cinayət işində və 2004-cü ildə Russonun qaçırılması işində sifarişçi olaraq çıxış edir. Bildirilir ki, bu zaman biznesmen müğənninin əsas sponsoru olub.

2016-cı ildə Rusiyanın Baş İstintaq İdarəsi Russonun qaçırılması və ona qarşı sui-qəsd təşkil edilməsi işlərini birləşdirib. 2021-ci ildə Tryasnikov, daha sonra isə Djura həbs olunub. Onlar hələ də təqsirli olmadıqlarını bildirirlər.

Russo bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verərək bildirib ki, 2004-cü ilin yanvarında İsmayılov öz əlaltıları ilə onu döyüb, estrada fəaliyyətini onun şərtləri əsasında davam etdirməyi tələb edib. Bundan başqa, müğənnini döydükdən sonra İsmayılovun Moskva ətrafındakı evinə aparıblar, artist bütün tələblərlə razılaşmayanadək orada saxlayıblar.

Telman İsmayılova gəldikdə isə, ona qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi başlanılıb və İnterpol xətti ilə axtarışa verilib. İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

O, ötən ilin oktyabrında Monteneqroda saxlanılmış, elə həmin ay Monteneqro hökumətindən siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.(qafqazinfo)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol