Ərdoğan Putinlə hansı məsələləri müzakirə edəcək?
Rusiya Prezidenti Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə iqtisadiyyatı, Suriyanı və Ukraynanı müzakirə edəcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin, tərəflərin taxıl razılaşmasının reallaşması ilə bağlı müzakirə aparacaqlarını əlavə edib.
Avqusutun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşəcək.
www.anews.az