Azərbaycanın Londondakı səfirliyinə Seyyidə Şəhla Fərəcovaya görə hücum edilib? - AÇIQLAMA
Avqustun 4-də Azərbaycanın Böyük Britaniya səfirliyinə dindarların etdiyi hücumda Bakının Binə qəsəbəsi sakini olan Seyyidə Şəhla Fərəcova kimi tanınan dindar qadının fotosu olan plakat açılıb. Bununla bağlı görüntülər "Fədək” adlı telekanalda hücumdan yayılan videoda əks olunub.
Şəhla Fərəcova iyulun 30-da yaşadığı mənzilin çöl divarına Məhərrəm ayının başlanması ilə bağlı Şəhla Fərəcovanın evindən dini bayraq asması,divarın üzərinə isə "Ya Hüseyn!" sözlərini yazmışdı. Bu hadisə sosial şəbəkə seqmentlərində geniş müzakirəyə səbəb oldu. Daxili İşlər Nazirliyinin əməkdaşları həmin evi mühasirəyə alaraq yazının üzəri qırmızı boya ilə rənglənərək örtülüb. DİN mətbuat xidməti bildirib ki, Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir.
Dünən Londanda baş verən hücumda səsləndirilən "Ya Hüseyn şüarı silinməyəcək" çağırışı və Şəhla Fərəcovanın fotosunun nümayişi isə baş verən 2 insident arasında bağlılıq yarandığı fikrini gündəmə gətirib.
Şəhla Fərəcova və onun evində yaşayan Xoşqədəm adlı xanımlar ilə əlaqə saxlayıb bu iddialara rəy almağa çalışdıq. Xanımlar zəngimizə cavab vermədi. Onların yaxını, baş verən hadisələrə şahidlik edən Nicat Ağayev anews.az-a bildirdi ki, hər iki qadının hazırda yaşadığı ev Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarətindədir, buna görə də onlarla əlaqə yaratmağa icazə verilmir.
"Həmin yazı polislər təzyiq göstərilərək sildirmək istəmişdi. Lakin qadın tələb qarşı çıxdı və sonra polislər onu post patrul maşınına mindirilərək ərazidən uzaqlaşdırdı. Qadın getdikdən sonra polislər divardakı yazını qırmızı boya ilə rənglədilər. Bir neçə saat sonra qadın evinə geri qaytarıldı. Yenidən ailə üzvləri evinin divarında "Ya Hüseyn!" sözünü yazdılar. Bu dəfə polislər həmin yazını qara rəngə boyadı. Həmin gündən isə evinin ətrafı mühasirəyə alınıb",- Nicat Ağayev bildirib.
Nicat Ağayevin sözlərinə görə, Londonda baş verənlərin Binədəki hadisə ilə heç bir əlaqəsi yoxdur. O deyir ki, həmin hadisə Azərbaycandakı bir çox dindarın düşüncəsinə ziddir, hətta cavab olaraq etirazlar olacaq, aksiyaların belə təşkili istisna edilmir.
"Dünən baş verən hadisədə aparıcı qüvvələr şiə və müsəlman camiəsinə düşmən kəslərdir. Onlar əhli-şiənin müqəddəs adlarını söyənlərdir. Həmin camiə bizlərə müxalifdir, onlar bizimlə hər hansı fikir birliyində ola bilməz. Şiə camiəsi bu hadisəni qınayır, sosial şəbəkələrdə etirazlarını bildirirlər. Londondakı hadisəni şiələrə bağlamaq sadəcə absurddur və belə iddiaları qəbul etmirik. Hadisə təzədir, bununla bağlı etirazlar, bəlkə də aksiyalar olacaq. Lakin orada edilən hadisənin səbəbkarları cəzalandırılmalıdır", - o dedi.
Din xadimi Elşad Miri düşünür ki, baş verən hadisələrin hər ikisi iğtişaş yaratmaq üçün edilmiş hadisələrə bənzəyir.
"Hər iki olayın baş verməsi fonunda gördüklərimiz bunların eyni mərkəzdən idarə olunması ehtimalını gücləndirir. Terror aktı kimi belə qiymətləndirmək olar. Lakin təbii ki məsələni Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır", - o bildirib.
Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahinin sözlərinə görə, Londonda baş verən marginal bir qrupun törətdiyi təxribatdır. O deyir ki, hücum təşkilatçılarının Azərbaycanda davamçıları yoxdur və onların Azərbaycanda dini mühitə təsir imkanları yoxdur.
"Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondakı səfirliyinə hücum etməsi birmənalı olaraq vandalizm aktıdır. Bu cür davranışların İslamla, uca dinimizlə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Bunların məqsədi müsəlmanlar arasında birliyə zərbə vurmaqdır. Bu qrupları heç bir məzhəbə aid etmək olmaz. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsinin təbii ki, İslamla heç bir əlaqəsi ola bilməz. Bu cür davranışlar əvvəlcədən iflasa məhkumdur. Bu cür davranışları birmənalı şəkildə qınayırıq. Özünü müsəlman sayan insalar bu davranışlara heç bir bəraət verə bilməz”, - o deyib.

Cari il avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub. Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Hücum zamanı Azərbaycan Prezidenti İlham Əliyev və keçmiş prezident Heydər Əliyevin şəkilləri, eləcə də dövlət bayrağı tapdalanıb. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. Britaniya mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib. Səbəb kimi isə Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Məsələnin paradoks tərəfi odur ki, videoda əks olunan görüntülərdə polisin birbaşa müdaxilə əks olunmayıb, hətta dindarların çox rahat şəkildə davranması göstərilib. Britaniya kimi inkişaf etmiş dövlətdə bu hadisə necə baş verib? Azərbaycanda səfirliyin önündə təkkişilik aksiyaya 10 polis müdaxilə etdiyi təqdirdə Londonda hüquq-mühafizə orqanları necə belə sakit davranır? Sakitliyin nişanəsi də budur ki, hələ ki Rəsmi London mövqe verməyib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin AR-in Londondakı səfirliyinə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb. Məlumata görə, Azərbaycan XİN-in Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlığı diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Eyni qaydada Böyük Britaniyanın Bakıdakı səfirliyi də Londonda Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yayıb. Qurum bildirib ki? Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır.
İlkin məlumata görə, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub. Artıq əl-Həbibin rəhbərlik etdiyi "Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir. 4 avqustda baş verən Yasir əl-Həbib tərəfdarlarının hücum etdiyi ilk səfirlik deyil. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar.
Həmin vaxt hücumun səbəbi kimi, Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi göstərilib. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılırdı.

Anews komandası
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər