• $
  • £

QMİ Londondakı hücumu siyasi məqsədli terror hesab edir

QMİ Londondakı hücumu siyasi məqsədli terror hesab edir
05.08.2022 17:03
Qafqaz Müsəlmanları İdarəsi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir. Bu barədə qurumun yaydığı bəyanatda göstərilib.
 
"Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən "Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər", - bəyanatda əks olunub.

QMİ-nin bəyanatında bildirilib ki, Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır. Qurum ümid edir ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcəkdir.
 
"Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrı-seçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər, bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik. Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər", - qurumdan deyilib.
 
İdarədən "Düşmən qüvvələr Zəfərimizin əsas mənbəyinin milli, dini birliyimizin olduğunu gözəl bilir, bu səbəbdən məhz bu birliyi hədəf alırlar" deyə qeyd olunub. 

"Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə yüksək qiymət verildiyi ölkəmizdə milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq sala və səflərimizi dağıda bilməz. Milli-mənəvi dəyərlər bizim ümummilli sərvətimizdir. Bütün qələbələrimizin kökündə tarixən qoruyub saxladığımız bu dəyərlər durur və Azərbaycan bu irsə istinadən hər zaman qələbələr qazanacaq, yeni tarixi Zəfərlərə imza atacaqdır, İnşallah", - qurum əlavə edib.
 
Cari il avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum olub.  Bir qrup dindar ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Hücum zamanı Azərbaycan Prezidenti İlham Əliyev və keçmiş prezident Heydər Əliyevin şəkilləri, eləcə də dövlət bayrağı tapdalanıb. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb. Britaniya mediasının yazdığına görə, hücumu Mehdi Nökərləri Birliyi (MNB) təşkil edib. Səbəb kimi isə Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
 
Məsələnin paradoks tərəfi odur ki, videoda əks olunan görüntülərdə polisin birbaşa müdaxilə əks olunmayıb, hətta dindarların çox rahat şəkildə davranması göstərilib. Britaniya kimi inkişaf etmiş dövlətdə bu hadisə necə baş verib? Azərbaycanda səfirliyin önündə təkkişilik aksiyaya 10 polis müdaxilə etdiyi təqdirdə Londonda hüquq-mühafizə orqanları necə belə sakit davranır? Sakitliyin nişanəsi də budur ki, hələ ki Rəsmi London mövqe verməyib.
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin AR-in Londondakı səfirliyinə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb. Məlumata görə, Azərbaycan XİN-in Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlığı  diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Eyni qaydada Böyük Britaniyanın Bakıdakı səfirliyi də  Londonda Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yayıb. Qurum bildirib ki? Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır.

İlkin məlumata görə, səfirliyə hücum edən qrup Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları olub. Artıq əl-Həbibin rəhbərlik etdiyi "Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir. 4 avqustda baş verən Yasir əl-Həbib tərəfdarlarının hücum etdiyi ilk səfirlik deyil. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətidikləri bayraqları sancıblar.

Həmin vaxt hücumun səbəbi kimi, Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi göstərilib. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılırdı.


Ləman Qasımova


 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol