İrəvanda ticarət mərkəzində partlayış oldu -VİDEO
"Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan vətəndaşların sayı 30 nəfərə çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.
Onun sözlərinə görə, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış tədbirləri davam etdirilir, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir
----
İrəvanda "Surmalu” ticarət mərkəzində partlayış baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Departamentin mətbuat katibi Hayk Kostanyan partlayışdan sonra ticarət mərkəzində yanğın baş verdiyi üçün hazırda yanğınsöndürmə qruplarının hadisə yerində olduğunu qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox