• $
  • €
  • ₽
  • ₺
  • £

Atamın ömrünün qısalmağında bəzi məmurların əli var - Fərhad Bədəlbəyli

Atamın ömrünün qısalmağında bəzi məmurların əli var - Fərhad Bədəlbəyli
22.08.2022 14:39
Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli mərhum atası – aktyor və rejissor, Xalq artisti Şəmsi Bədəlbəyli ilə bağlı xatirələrini bölüşüb.

Sənətkar Kulis.az-a müsahibəsidə Şəmsi Bədəlbəylinin son günlərini belə xatırlayıb.
 
"Mən dəqiq bilmirəm, amma niyəsə yaralı getdi. Heç nə başa düşmədim. Yəqin intriqalar... Özü heç nə demirdi. Çox qapalı insan idi. Mərd idi, heç nədən şikayət etməzdi. Nədənsə narazılıq etdiyini, təəssüfləndiyini görməmişəm. Heyif, gözəl aktyor idi”, - o qeyd edib.

Bədəlbəyli atasının ölümündə bəzi məmurların əlinin olduğunu vurğulayıb.

 "Ağır günlər idi. Ona görə də mən o günləri həmişə unutmağa çalışmışam. Teatr Xadimləri İttifaqının qurultayı idi. Onu seçməliydilər, Şəmsi bəy ən sanballı namizəd idi. Mərkəzi komitədən zəng gəldi ki, ayrı bir adam seçilsin. Özü də son dəqiqədə. Birdən- birə ağappaq oldu, çox sıxıldı. Onu götürüb getdik evə. Maraqlı bir hadisə baş verdi, konyak götürüb açmaq istədim, şüşə partladı. Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox düşdü aşağı, ürəyi dözmədi. Qayıtdım evə, birdən Sevda xanım zəng elədi. Dedi xəbərin yoxdur? Atana nəsə olub, get ora. Artıq başa düşdüm”, - o deyib.
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol