SOCAR-da kadr təyinatı
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Türkiyənin "Petkim” neft-kimya kompleksinin (səhmlərin 51%-nə nəzarət SOCAR-dadır) Direktorlar Şurasının yeni sədri təyin edilib. Bununla bağlı "Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında xəbər yerləşdirib.
İndiyədək bu vəzifəni 2022-ci il fevralın 10-dək SOCAR-ın prezidenti olmuş Rövnəq Abdullayev icra edirdi.
Ümumilikdə "Petkim”in İdarə Heyətinin tərkibi tamamilə yenilənib. Eyni zamanda Şura üzvlərinin sayı 8-dən 9-a kimi artıb.
Zaur Qurbanov (SOCAR-ın vitse-prezidenti) Direktorlar Şurası sədrinin müavini təyin edilib.
3 aprel 1965-ci ildə təsis edilən Petkim Petrokimya Holdinq Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal olunur ki, bunlardan plastik, toxuculuq və digər istehlak və sənaye məhsullarının istehsalında istifadə olunur.
Petkim səhmləri İstanbul Fond Birjasında yerləşdirilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər