• $
  • £

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik edib
23.09.2022 12:54
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.

Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm", məktubda deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Siyasət 19:30
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
Siyasət 18:07
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol