Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb

Fransa Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin dekabrından Azərbaycanda saxlanılan Fransa vətəndaşı Martin Ryanın əfv edilməsi barədə qərarını alqışlayıb.Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Nazirlik qərarı humanitar jest kimi qiymətləndirib və Fransa tərəfindən məmnunluqla qarşılandığını qeyd edib.
"Bu qərar Azərbaycan hakimiyyəti ilə aparılan səbirli və ardıcıl dialoqun nəticəsidir və iki ölkə arasında münasibətlərin normallaşması yolunda addımdır",- açıqlamada bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















