• $
  • £

Yakutiyada səhvən səfərbər edilmiş vətəndaşlar geri qaytarılır

Yakutiyada  səhvən səfərbər edilmiş vətəndaşlar geri qaytarılır
24.09.2022 13:59
Yakutiyanın rəhbəri Aisen Nikolaev yerli hakimiyyət orqanlarına səfərbərliyə uyğun gəlməyən  vətəndaşların hərbi xidmətə çağırılması hallarının qarşısını almaq məqsədilə  hərbi komissarlıqlarla əməkdaşlığı gücləndirməyi tapşırıb.

"Səhvən səfərbər edilən hər kəs geri qaytarılmalıdır. Bu iş artıq başlayıb”, - Rusiya KİV  onun sözlərindən sitat gətirib.

O qeyd edib ki, Yakutiyada hərbi xidmətə çağırılmamalı olan vətəndaşların səfərbərliyə cəlb edilməsi halları var.

"Məsələn, 16 yaşınadək 4 və daha çox uşağı olan çoxuşaqlı ataların hərbi xidmətə çağırılması hallarına yol verilib. Bunu istisna etmək üçün yerli özünüidarə orqanlarının hərbi komissarlıqlarla qarşılıqlı əlaqəsini gücləndirməyi tapşırmışam”.

Rusiyada sentyabrın 21-də Vladimir Putinin fərmanı ilə qismən səfərbərlik elan edilib. Müdafiə Nazirliyi 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırılacağını bildirib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol