• $
  • £

Aprelin 26-sı buraxılış imtahanında 55 mindən çox şagird iştirak edəcək

Aprelin 26-sı buraxılış imtahanında 55 mindən çox şagird iştirak edəcək
22.04.2026 11:01

Dövlət İmtahan Mərkəzi aprelin 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 1-dən etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55282 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

YAP MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib
Cəmiyyət 12:14
YAP MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Cəmiyyət 11:57
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Qarabağ Universitetindən təqaüd müraciəti olmayıb - bank sədri
Cəmiyyət 11:49
Qarabağ Universitetindən təqaüd müraciəti olmayıb - bank sədri
Aprelin 26-sı buraxılış imtahanında 55 mindən çox şagird iştirak edəcək
Cəmiyyət 11:01
Aprelin 26-sı buraxılış imtahanında 55 mindən çox şagird iştirak edəcək
"Kapital"ın 1 milyondan çox müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
Cəmiyyət 10:57
"Kapital"ın 1 milyondan çox müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
Gəncə şəhər İcra Hakimiyyətində araşdırma aparılır
Cəmiyyət 10:51
Gəncə şəhər İcra Hakimiyyətində araşdırma aparılır
Canavarlar bu kəndə hücum etdilər
Cəmiyyət 10:32
Canavarlar bu kəndə hücum etdilər
Bakıda eşitmə məhdudiyyətli uşaqların məktəbində yanğın olub- Yenilənib
Cəmiyyət 10:25
Bakıda eşitmə məhdudiyyətli uşaqların məktəbində yanğın olub- Yenilənib
Bakı metrosunda sıxlıq yaranıb
Cəmiyyət 09:43
Bakı metrosunda sıxlıq yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol