Ukrayna rəsmisi İranı kəskin tənqid edib
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak İranın Rusiyaya kamikadze adlanan müasir dronlarını satmaq qərarını tənqid edib.
"İran müasir pilotsuz uçan aparatları Rusiyaya sataraq ukraynalıların qətlinə dəstək vermək qərarına gəlib. Çoxillik sanksiyalar, izolasiya, iyrənc nüfuz və son strateji sıfırlanma İranın sivilizasiyanın dibindən necə çıxacağını anlamasına imkan vermədi", - deyə o, tvitter hesabında yazıb.
Ukraynanın cənubunda Rusiya qoşunları İranın "Şəhid-136” kamikadze pilotsuz təyyarələrindən istifadə edərək hava hücumlarını gücləndirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər