• $
  • £

Bu ölkə Ermənistana 270 milyon dollarlıq silah və hərbi texnika satıb

Bu ölkə Ermənistana 270 milyon dollarlıq silah və hərbi texnika satıb
29.09.2022 14:11
Hindistan Ermənistana 270 milyon dollarlıq silah və hərbi texnika satıb. Bu barədə Ermənistan mətbuatı yazıb.

Sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb.Həmin müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib.

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlayıb ki, Azərbaycan Ermənistanın müttəfiqləri ilə münasibətlərdə müəyyən uğurlar əldə edib və Ermənistana silah-sursatın verilməsini pozmaq üçün əlindən gələni edir.

"Elə ölkələr var ki, yüz milyonlarla dollar ödənilib, lakin onlar Ermənistana silah tədarükü üzrə öhdəlikləri yerinə yetirmir. Azərbaycan Ermənistana silah verilməsini pozmağa çalışır. Amma biz öz suverenliyimizi, ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyəcəyik və sərhədlərimizdə dayanan o qəhrəmanlara dəstək  verəcəyik. Biz həmçinin bütün beynəlxalq tərəfdaşlarla çox fəal işləyirik və bütün məsələlərin diplomatiya yolu ilə həll edilməsi ilə bağlı bütün çağırışları dinləyirik və eşidirik və razıyıq. ”, - Paşinyan bildirib.
 
Paşinyanın fikrincə, burada yeganə məqsəd Ermənistanın öz dövlətçiliyindən, suverenliyindən imtina etməsi və ərazi bütövlüyü ilə bağlı güzəştə getməsidir.


Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) beynəlxalq silah transferləri barədə hesabatına görə, Ermənistan silahı Hindistan və İordaniyadan alır. Hindistanın silah ixracının 11%, İordanoyanın isə 10%-i Ermənistanın payına düşür. Hindistan isə Rusiyanın ən çox silah satdığı ölkədir. Belə ki, Rusiya silah ixracının 28% məhz Hindistanın payına düşür. Rəsmi Yerevan 2023-cü il üçün hərbi büdcəsini 11 faiz genişlədərək 640 milyon dollardan 710 milyon dollar həddinə çatdırıb. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol