Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Aleksey Kateriniçev ölüb
Xersona raket hücumu nəticəsində Xerson vilayəti administrasiyası rəhbərinin birinci müavini Aleksey Kateriniçev həlak olub. Bu barədə Rusiya İctimai Palatasının üzvü Aleksandr Malkeviç özünün Teleqram kanalında bildirib.
"Bu gecə Ukrayna Silahlı Qüvvələrinin idarə olunan raketinin Xerson şəhərinin mərkəzinə endirdiyi terror zərbəsi nəticəsində Xerson vilayət hərbi administrasiyası rəhbərinin təhlükəsizlik üzrə birinci müavini Aleksey Kateriniçev həlak olub. O, 25 il sərhəd qoşunlarında və FSB bölmələrində xidmət edib, bundan sonra Xüsusi Riskli Xilasetmə Əməliyyatları üzrə Lider Mərkəzinin rəhbərinin birinci müavini işləyib”, - Malkeviç bildirib.
O, Kateriniçevin ölümünü Ukrayna Ali Radasının keçmiş deputatı Aleksiy Juravkonun ölümü ilə müqayisə edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xersonun mərkəzində yerləşən "Play Hotel by Ribas” otelinin binasına raket hücumu həyata keçirib və burada iki nəfər həlak olub.
www.anews.az

Daha sonra Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib ki, zərbənin qurbanı Ali Radanın 5-ci və 6-cı çağırışlarının deputatı Aleksey Juravko olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər