• $
  • £

Avrozonada illik inflyasiya sentyabrda rekord həddə çatdı

Avrozonada illik inflyasiya sentyabrda rekord həddə çatdı
30.09.2022 14:23
Avrozonanın 19 ölkəsində illik inflyasiya, ilkin hesablamalara görə, sentyabrda rekord həddə - 10%-ə qədər sürətləndi. Eurostat məlumatlarına görə, bir ay əvvəl bu rəqəm cəmi 9,1% idi.

Eyni zamanda, cari statistik göstəricilər proqnozlaşdırılandan yüksək olub. Belə ki, DailyFX portalının sorğusunda iştirak edən analitiklər avrozonada inflyasiyanın cəmi 9,7%-ə qədər sürətlənəcəyini gözləyirdilər.

Beləliklə, bu il qiymət artımının orta tempi avrozona tarixində maksimumu yeniləyib.  2021-ci ildə bu rəqəm təxminən 3 dəfə az olub və təxminən 3,4% təşkil edib. Təkcə 2022-ci ilin sentyabr ayında bu rəqəm 1,2% artıb.

Eyni zamanda, ən yüksək orta illik inflyasiya göstəriciləri Baltikyanı ölkələrdə qeydə alınıb. Estoniyada bu göstərici yanvar ayından 24,2%, Latviyada 22,4%, Litvada 22,5% təşkil edib. Ən aşağı səviyyə Fransa (6,2%), Malta (7,3%) və Finlandiyada (8,4%) qeydə alınıb.

Sentyabrın 29-da Almaniyanın Milli Federal Statistika İdarəsinin (Destatis) mətbuat xidməti ölkədə orta illik inflyasiya haqqında məlumat yayıb. Sentyabrda bu rəqəm rekord 10%-ə qədər sürətləndi. Müqayisə üçün qeyd edək ki, avqust ayında istehlak qiymətləri orta hesabla 8,8% artıb.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol