• $
  • £

"Qazprom" ilin birinci yarısında rekord məbləğdə 1,208 trilyon rubl dividend ödəyəcək

30.09.2022 19:00
"Qazprom”un səhmdarları növbədənkənar iclasda 2022-ci ilin birinci yarısı üçün enerji holdinqinin tarixində ilk aralıq dividendləri ödəməyə qərar veriblər. Ödənişlərin məbləği bir səhm üçün 51,03 rubl təşkil edəcək, şirkətin saytında bildirilir.


"İclas Direktorlar Şurası tərəfindən 2022-ci ilin birinci yarısı üçün tövsiyə olunan aralıq dividendlərin məbləğini təsdiqlədi. Ödənişlərin ümumi məbləği 1 trilyon 208,059 milyard rubl təşkil edəcək”, - məlumatda deyilir.

İlin birinci yarısı üçün dividendlərin ümumi məbləği Qazprom Qrupunun 2022-ci ilin ilk altı ayı üçün düzəliş edilmiş xalis mənfəətinin 50%-ni təşkil edəcək. Holdinqin mətbuat xidməti xəbər verir ki, bu rəqəm Rusiya fond bazarının bütün tarixi üçün rekord olacaq.

Aralıq dividend almaq hüququ olan şəxslərin müəyyən olunduğu tarix 11 oktyabr müəyyən edilib. Qiymətli kağızların nominal sahiblərinin müxtəlif kateqoriyalarına ödənişlər prosesi oktyabrın 15 və ya 24-də başa çatacaq, Qazprom-un bəyanatında deyilir.

Avqustun 30-da "Qazprom”un Telegram kanalı məlumat yayıb ki, enerji holdinqinin ilin birinci yarısında beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) görə xalis mənfəəti rekord həddə - 2,5 trilyon rubl təşkil edib. Eyni zamanda, bu müddət ərzində inhisarçının borc yükünün səviyyəsi minimuma enib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol