Moskvada hamilə jurnalist saxlanılıb
Moskvada polis hamilə jurnalist Asya Kazantsevanı saxlayıb. O, bu barədə cümə günü, sentyabrın 30-da Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Kazantseva bildirib ki, hüquq-mühafizə orqanları onu metronun "Pionerskaya" stansiyasında saxlayaraq Filevskoye polis bölməsinə aparıblar. Jurnalistin sözlərinə görə, əvvəlcə polislər onu çağırışçı kimi saxladıqlarını desələr də, sonradan bunun referendumlarla bağlı olduğunu aydınlaşdırıblar.
Digər təfərrüatlar açıqlanmır.
Daha əvvəl məlum olub ki, rejissor və jurnalist Yuliya Vişnevetskaya həbsdən sonra Mahaçqalada yoxa çıxıb. Onun Dağıstanda redaksiya tapşırığı ilə olduğu dəqiqləşib - o, Soqratl kəndində kənd məktəbi və kanat yolu ilə bağlı reportaj çəkirmiş. Daha sonra itkin düşən jurnalistin əri onun tapıldığını bildirib. Kişinin sözlərinə görə, sentyabrın 27-də məhkəmə Vişnevetskayaya beş sutkalıq inzibati həbs təyin edib, o, Karabudaxkənd polis şöbəsindədir.
www.anews.az

Sentyabrın 23-dən 27-dək Donetsk və Luqansk Xalq Respublikalarında, həmçinin Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək məsələsi ilə bağlı referendumlar keçirilib. Hər dörd rayonun sakinləri bu qərarı dəstəkləyiblər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər