• $
  • £

Ərdoğan: Son illərin prosesləri Ankaranın kursunun düzgünlüyünü təsdiqlədi

Ərdoğan: Son illərin prosesləri Ankaranın kursunun düzgünlüyünü təsdiqlədi
30.09.2022 23:30
Türkiyə rəqiblərinin planlarını addım-addım məhv edir, hədəflərinə doğru irəliləməkdə davam edir. Anti-Türkiyə dairələrinin hərəkətlərində son həlqə Türkiyə iqtisadiyyatına təzyiqlər oldu.

Bunu cümə günü İstanbulda Dolmabağça sarayında "İqtisadi transformasiyalar və yeni paradiqmalar” mövzusunda keçirilən toplantıda çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatını inflyasiyanın və yüksək faizlərin məngənəsində sıxışdırmaq, milli valyutaya ziyan vurmaq cəhdləri Türkiyə hökumətinin səyləri ilə alındı.

Prezident pandemiya ilə başlayan və müharibənin təsiri ilə davam edən qlobal iqtisadi böhranın Türkiyə iqtisadiyyatının sabitliyini və Ankaranın kursunun düzgünlüyünü təsdiq etdiyini vurğulayıb.

Siyasətçi qeyd edib ki, rəsmi Ankara regional və beynəlxalq proseslərdən axan imkanlardan maksimum dərəcədə Türkiyənin xeyrinə istifadə etməyə çalışır.

Ərdoğan müasir Türkiyənin üzləşdiyi ədalətsiz və qeyri-qanuni siyasi və iqtisadi məhdudiyyətlərə diqqət çəkib.

"Təzyiq və ədalətsizlik Türkiyəni qlobal iqtisadi sistemin qəbul olunmuş qaydaları çərçivəsində yeni iqtisadi inkişaf modeli hazırlamağa məcbur etdi. Son illərin prosesləri göstərir ki, biz düzgün yoldayıq”, - deyə Türkiyə lideri vurğulayıb.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol