• $
  • £

Zaporojyedə daha 25 nəfər həyatını itirdi

Zaporojyedə daha 25 nəfər həyatını itirdi
30.09.2022 18:48
Zaporojye vilayətinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində Rusiya hərbçilərinin humanitar yardım karvanına raket zərbəsi endirməsi nəticəsində azı 25 nəfər həlak olub. Bu barədə Telegram-da Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Qeraşşenko bildirib ki, hücum nəticəsində 25 mülki şəxs həlak olub, 62 nəfər yaralanıb.

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko bildirib ki, konvoya S-300 komplekslərindən 16 raket atılıb.

Zaporojyenin inzibati mərkəzi yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqəsinə hücumdan sonra təcili yardım briqadaları həmin yerə yola düşüb.

Polis qrupları da hadisə yerindədir.


Hücum nəticəsində bir çox mülki avtomobilə ziyan dəyib. Raketin düşdüyü yerdə böyük dəlik əmələ gəlib.

Hücum qurbanlarının bəzi şəxsi əşyaları ətrafa səpələnib.

Keçid məntəqəsinin yaxınlığındakı bazarda bir sıra mağazalara ziyan dəyib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol