Rusiya nə qədər itki verib? - AÇIQLAMA
Ukrayna Ordusu müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 430 hərbçisini məhv edib. Bu barədə UNİAN xəbər agentliyinə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Rusiyanın digər döyüş itkiləri 2 380 tank, 4 991 zirehli maşın, 1 405 artilleriya sistemi, 338 reaktiv yaylım atəşi sistemi, 176 hava hücumundan müdafiə sistemi, 265 təyyarə, 228 helikopter, 1 026 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 811 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər