Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı - YENİLƏNİB
Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun köməkçisi Raqif Xəlilov Manset.az-a açıqlamasında yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirib. O, qeyd edib ki, millət vəkilinin oğlu Azər Əmiraslanovun oğurlanması ilə bağlı yayılan xəbərlər doğru deyil.
------------
Bakupost.az saytı oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğunu yazıb.
Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.
Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.
-----------
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
Danışıqların nəticəsi olaraq deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmasının üzvləri olublar.
Deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.(musavat)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər