Kadırov yetkinlik yaşına çatmayan oğullarını müharibəyə göndərir - Video
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov yetkinlik yaşına çatmayan 3 oğlunu Ukraynaya qarşı döyüşməyə göndərir. Bu barədə xarici mediaya xəbər verir ki, bu barədə məlumatı Kadırov öz teleqram kanalında paylaşıb.
www.anews.az
Onun sözlərinə görə, Əhməd, Əli və Adam adlı oğulları Ukraynada öz döyüş bacarıqlarını nümayiş etdirməyə hazırdırlar.
Kadırov bildirib ki, onu yaxınlarının döyüşdə iştirak etməməsinə görə tənqid edirlər, o isə bunun əksini sübut etmək qərarına gəlib.
Əhmədin 16, Əlinin 15, Adamın isə 14 yaşı var. Ümumilikdə isə Kadırovun 4 oğlu, 6 qızı var.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər