• $
  • £

ABŞ və Türkiyə Ukraynadakı vəziyyəti, Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib

ABŞ və Türkiyə Ukraynadakı vəziyyəti, Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib
03.10.2022 16:19
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşərək Ukrayna ətrafındakı vəziyyəti, Kiyevə dəstəyi, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, eləcə də Finlandiya və İsveçin NATO-ya qoşulması prosesini müzakirə edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Onlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi müzakirə ediblər, o cümlədən Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini pisləyiblər,” məlumatda qeyd edilir.

"Sallivan Türkiyənin Ukrayna taxılının ixracını asanlaşdırmaqla qlobal ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq səylərinə və onun Ukrayna hərbi əsirlərinin, eləcə də Rusiya tərəfindən saxlanılan iki Amerika vətəndaşının azad edilməsi üçün diplomatik işinə görə təşəkkürünü bildirib,” - açıqlamada deyilir.

"Onlar həmçinin regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, Şərqi Aralıq dənizində fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyini, eləcə də Finlandiya və İsveçin NATO-ya üzvlüyü istiqamətində irəliləyişi müzakirə ediblər,” Ağ Evin məlumatında deyilir.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol