Macarıstanın MVM şirkəti Qazprom ilə qazın ödənişini təxirə salmaq barədə razılığa gəlib
Macarıstanın MVM enerji şirkəti qiymətlərin kəskin dəyişməsi səbəbindən qış üçün qazın ödənişini təxirə salmaq barədə Qazprom ilə razılığa gəlib. Bu barədə Index.hu portalı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy-nin bəyanatına istinadən xəbər verir.
"Qiymətlərin dünya bazarına təsirini yumşaltmaq üçün MVM Group və "Qazprom” qarşıdan gələn qış dövrü üçün ödənişin təxirə salınması barədə razılığa gəliblər”, - məlumatda deyilir.
Şirkətlər arasında razılaşma MVM-ə maliyyə çevikliyini və likvidliyini artırmağa imkan verəcək, eyni zamanda enerji böhranı fonunda ölkəyə qaz tədarükünün etibarlılığına "2021-ci ilin sentyabrında imzalanmış uzunmüddətli qaz müqaviləsi ilə zəmanət verilir.
www.anews.az

Əvvəllər Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyadan olan milli təbii qaz ötürmə sistemlərinin operatorları inteqrasiya olunmuş qaz kəmərləri şəbəkəsindən istifadə etməklə yanacağın çatdırılmasını təklif edirdilər. Şirkətlər qeyd ediblər ki, bu yolla 5 milyard kubmetrə qədər nəql etmək mümkündür.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər