Medvedev: Qlobal enerji böhranı uzun sürə bilər
Dünya kifayət qədər uzun müddət davam edə biləcək qlobal enerji böhranı yaşayır. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Müasir ekoloji gündəmdə bir çox məsələ dəyişir. Bu, iqtisadiyyatın aşağı karbonlu transformasiyasına da aiddir. Baxın, başqa ölkələrdə nələr baş verir, ümumiyyətlə enerji bazarında nələr baş verir. Resursların bahalaşması fonunda - nəticədə, yeri gəlmişkən, ölkəmizə qarşı sanksiyalar - hər şey böyük ölçüdə 180 dərəcə dəyişdi. Faktiki olaraq dünya enerji böhranı yaşayır”, - Medvedev bildirib.
Onun fikrincə, Rusiya Federasiyasında bu sahədə yanaşmalar həm gələcəyə yönəldilməli, həm də mövcud vəziyyəti nəzərə almalıdır. Medvedev qeyd edib ki, belə enerji qeyri-müəyyənliyi kifayət qədər uzun müddət davam edə bilər.
www.anews.az

Daha əvvəl "Financial Times” Avropa Orta Məkanlı Hava Proqnozları Mərkəzinə istinadən yazıb ki, bu qış enerji böhranı fonunda Avropada temperatur normadan aşağı olacaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər