ABŞ sentyabr ayında Avropaya qaz tədarükünü 4,37 milyon tona çatdırıb
Amerikalı mayeləşdirilmiş təbii qaz (LNG) istehsalçıları sentyabrda tədarüklərini 4,37 milyon tona çatdırıblar. Bu barədə Reuters agentliyi Refinitiv Eikon məlumatlarına istinadən xəbər verir.
ABŞ-ın LNG istehsalçıları sentyabr ayında Avropaya yanacaq tədarükünü artıra bilsələr də, onları hələ tam gücünə çatdırmayıblar. ABŞ-ın bütün ixracatının 70%-i Avropanın payına düşürdü. İyul və avqustda bu göstərici müvafiq olaraq 63% və 56% səviyyəsində olub. Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrinə qaz tədarükü də azalıb.
Sentyabrda ABŞ ümumi həcmi 6,3 milyon ton olan LNG tədarük edib. Avqustda ixrac 6,25 milyon ton, iyulda isə 7 milyon tondan çox səviyyəsində olub. Daşımaların azalması iyul ayında Freeport terminalında baş vermiş qəza ilə bağlı olub.
Oktyabrın əvvəlində "The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Çin ABŞ-dan Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) yenidən satışından yüz milyonlarla dollar gəlir əldə edir. Yerli Asiya şirkətləri Aİ ölkələrinə qış isitmə mövsümünə hazırlaşmağa kömək etmək üçün sərfəli şəkildə ABŞ LNG tankerlərini göndərirlər.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox