Rusiyaya qarşı daha bir sanksiya qəbul olunub - Ekspert şərhi
Avropa İttifaqı Rusiyaya qarşı səkkizinci sanksiya paketini təsdiq edib. Bu barədə məlumatı Avropa Komissiyası yayıb.
Bura Rusiya neftinə ən yüksək qiymət həddinin müəyyən edilməsi də daxil edilib.
İqtisadçı Fuad İbrahimov Anews.az-a açıqlamasında bildirib ki, tədbiq olunacaq sanksiyanın Azərbaycan iqtisadiyyatına təsiri olacaq.
"Dünya ixracatçıları sırasında Rusiya ilk yeddiliyə daxildir. Bu cəhətdən qiymət sıçrayışlarına, idxal olunan məhsullara təsir edir, qiymət artımına dəstək vermiş olur"- ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan dünya birjalarındakı qiymət əmələgəlmə prosesinə uyğun olaraq müqavilələrin şərtlərinə əsasən fəaliyətini davam etdirir.
İqtisadçı ekspert Elçin Məmmədov sanksiyanın qeyri-neft sektoruna mənfi təsir edəcəyini vurğulayıb
"Qoyulan sanksiyalar neftin qiymətinə müsbət təsir etsə də qeyri-neft sahəsinə mənfi təsir edə bilər.Bu sanksiyalar Rusiyaya qarşı yönəlmiş sanksiyalardır və bu sanksiyaların əsas məqsədi nəinki neft həm də qeyri-neft sektoruna ağac, metal ixracının idxalına qadağa qoyur. Rusiyaya qoyulan bu məhdudiyyət bazarı boşalda bilərdi və biz o bazara girə bilərdik. Biz həmin sahələrdə Rusiya ilə rəqabət aparmadığımız üçün bizim iqtisadiyatmıza təsir etmiyəcək. Neft sahəsinə qoyulan sanksiyalar Bizə müsbət təsir edir.” – Məmmədov bildirib.
Aİ-nin 8-ci sanksiya paketi Rusiyanın poladəritmə sənayesini hədəfləməlidir. Bu sanksiya paketinin qəbulundan sonra Avropa İttifaqı vətəndaşları Rusiya dövlət şirkətlərində rəhbər vəzifə tuta bilməyəcəklər.
Bundan əvvəl G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinin alış qiymətlərinə hədd qoyulması barədə təkliflə çıxış etmişdilər. Hər bir barrel üçün konkret qiymətin daha sonra müəyyənləşdiriləcəyi bildirilib. Qərarın özü isə dekabrın 5-dən qüvvəyə minəcək.
Ləman Hafizi
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox