"iPhone 14"-lərin istehsalı azalacaq
ABŞ-nin "Apple" şirkəti aşağı tələblə əlaqədar "iPhone 14" smartfonlarının istehsalını azaltmağı planlaşdırır, bu barədə "Bloomberg" agentliyi yazır.
"Bloomberg" yazır ki, dünyanın ən iri bazarı olan Çində "iPhone 14"ün ilk üç gün ərzində satışları ötən il eyni dövründə "iPhone 13"ün satışlarından 11% az olub.
Bu smartfonlar 2022-ci il sentyabrın 16-da satışa çıxarılıb. Smartfonlar iki versiyada 6,1 düymlük ekranla və MAX - 6,7 düym böyüdülmüş ekranla buraxılacaq. Bu dəfə mini versiya yoxdur. iPhone 14 əvvəlki nəsil ilə eyni dizayndadır. Ağ, qara, çəhrayı, xama, qırmızı rəng çeşidləri mövcuddur.
Telefondakı əsas yenilik istifadəçilərin çoxdandır gözlədiyi peyk funksiyasıdır. Belə ki, təqdim olunan telefonlar mobil operatorların əhatə dairəsi olmadıqda peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyir.

Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox