• $
  • £

27 ölkədə vəba xəstəliyi yayılıb

27 ölkədə vəba xəstəliyi yayılıb
07.10.2022 09:00
27 ölkədə 2022-ci il 9 ayında doqquz ayı ərzində vəba xəstəliyinin yayılması halları qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilmiş brifinqdə deyib.

Onun sözlərinə görə, illər ərzində vəba xəstəliyinin yayılması hallarının azalmasından sonra  bu gün bütün dünyada vəbanın yayılması halları intensivləşib.

"Xəstəliyin təkcə yayılma hallarının tezliyi deyil, həm də ölümə səbəb olma sayı artıb. Təşkilatın malik olduğu məlumat məhduddur, lakin hətta ona əsasən belə bir nəticəyə gəlmək olar ki, bu il ölüm nisbəti son beş illik orta göstəricidən, demək olar ki, üç dəfə çoxdur. Vəba bir neçə saat ərzində ölümə səbəb ola bilər", ÜST rəsmisi deyib.

O xatırladıb ki, vaksinasiya, təhlükəsiz suya və kanalizasiyaya çıxış yolunun təmin edilməsi ilə bu xəstəliyin qarşısı alına bilər, bu xəstəlik oral rehidratasiya terapiyası və ya ağır hallarda antibiotiklərlə nisbətən asanlıqla müalicə edilə bilər.

"2013-cü ildə ÜST partnyorları ilə birlikdə vəba əleyhinə beynəlxalq vaksinlər ehtiyatını yaradıb, həmin ehtiyatdan keçən il ehtiyacı olan ölkələrə 27 milyon doza göndərilib. Lakin yayılma hallarının artması təqdirdə ehtiyat sadəcə olaraq kifayət etməyə bilər. Biz dünyanın aparıcı vaksin istehsalçılarını istehsalın artımı yollarını bizimlə müzakirə etməyə çağırırıq”, –  ÜST başçısı bildirib.
 
Vəba  Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeskion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə yanaşıdır.
Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur. İlin isti vaxtlarında vəbanı milçəklər də yayır. Lakin vəba vibrionlarının tətbiq edilməsi imkanlarını zəiflədən faktorlar mövcuddur - vəba törədiciləri xarici mühit və fiziki-kimyəvi vasitələrin təsirinə çox davamlı deyillər, həmçinin vəbaya qarşı vaksinlər də vardır.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol