Yaponiya Rusiyadan 80-dən çox şəxsə və 9 təşkilata qarşı sanksiya tətbiq edib
Yaponiya Rusiyadan 80-dən çox şəxsə və 9 təşkilata qarşı sanksiya tətbiq edib. Bu barədə TASS Yaponiya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Yeni məhdudiyyətlərin Ramzan Kadırov, Sergey Şoyqu, Valentina Matvienko, Mixail Mişustin, Dmitri Medvedevin və başqalarının qohumlarına şamil edildiyi ehtimal edilir.
Sanksiyalar Kalaşnikov konserni, ASC UEC-Klimov, Sozvezdie konserni və Ruselectronics holdinqinə də təsir edib.
Bundan əvvəl Yaponiya Nazirlər Kabineti referendumlar və dörd yeni regionun Rusiya Federasiyasının tərkibinə daxil olması ilə əlaqədar Rusiyaya qarşı sanksiya rejiminin genişləndirilməsi barədə qərar qəbul edib.
Yaponiyanın baş naziri Fumio Kişida da Tokionun Rusiyaya qarşı sanksiya kursunu və Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib.
www.anews.az

Avropa İttifaqı ixrac məhdudiyyətlərinə, eləcə də hüquqi və fiziki şəxslərə təsir edən yeni anti-Rusiya sanksiyalar paketini təqdim edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox