İranın Kopenhagendəki səfirliyinə hücum edildi
İran Danimarkadakı Kopenhagen səfirliyinə bıçaqlı bir şəxs tərəfindən hücum edildiyini açıqlayıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan səfir Legend Nadipura zəng edərək hücumla bağlı məlumat alıb.
Hücuma reaksiya verən Abdullahiyan, "Təəssüf ki, Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan bir qadına və səfirə belə hücum edilir və polis vaxtında müdaxilə etmir” deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox