• $
  • £

Ərdoğan: Akkuyu AES-in açılışı beynəlxalq rezonans doğuracaq

Ərdoğan: Akkuyu AES-in açılışı beynəlxalq rezonans doğuracaq
13.10.2022 15:33
Gələn ilin birinci yarısında [Mersin, Türkiyənin] Akkuyu atom elektrik stansiyasının birinci turbininin işə salınması beynəlxalq miqyasda əlamətdar hadisə olacaqdır. Anadolu Ajansı xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Astanada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.


Türkiyə dövlət başçısı daha sonra qeyd edib ki, Türkiyənin Sinopdakı ikinci Atom Elektrik Stansiyasının layihəsinin həyata keçirilməsi istiqamətində atılan addımlar da xüsusi rezonans doğuracaq.Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz daşınmasına dair razılaşmaya toxunan Ərdoğan qeyd edib ki, Ankara Rusiya Federasiyasından Türkiyə vasitəsilə az inkişaf etmiş ölkələrə taxıl və gübrə tədarükü məsələsi də daxil olmaqla, İstanbul sazişlərinin təşviqinə mümkün töhfə verməyə hazırdır.


"Türkiyə və Rusiyanın "taxıl dəhlizi” üzrə atdığı addımlar müəyyən dairələrdə narazılıq yaradır, eyni zamanda, inkişaf etməmiş dövlətlər üçün ümid mənbəyidir”, - Ərdoğan bildirib.
 
Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.


Tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edib. Samitdən sonra ölkə prezidentləri təkbətək görüşlər keçirib.

Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Siyasət 19:30
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
Siyasət 18:07
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Siyasət 17:33
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Mansur Yavaş CHP-dən istefa verib
Siyasət 15:25
Mansur Yavaş CHP-dən istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol