• $
  • £

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ
14.10.2022 13:23
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fransa prezidenti  Emmanuel Makronun 12 oktyabr 2022-ci il tarixli müsahibəsində Azərbaycana qarşı söylədiyi fikirləri şərh edib.

Nazirliyin şərhində deyilir:
 
"Fransa Respublikasının Prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik.
 
Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənisanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri omasına rəğmən bir kəlmə də olsun söz deməyib. Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.
 
Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək Emmanuel Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.
 
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Siyasət 19:30
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
Siyasət 18:07
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Siyasət 17:33
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Mansur Yavaş CHP-dən istefa verib
Siyasət 15:25
Mansur Yavaş CHP-dən istefa verib

İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 12:29
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Siyasət 11:58
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol